Elcan repetitor yanına getmək üçün evdən çıxıbmış
Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin 12-ci mikrorayon ərazisində yaşayan Elcan Quliyev repetitor yanına getmək üçün evdən çıxıb. Ancaq müəllimi zəng edərək Elcanın dərsə gəlmədiyini bildirib. Anasının dəfələrlə zəngindən sonra onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.
Evdən çıxarkən Elcanın əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.