Sudanda aclıq və fəlakət

Dünya

02.08.2024 - 12:33

cedabet dərman SEO Xidməti

Ölkə əhalisinin yarısından çoxu kəskin aclıqla üzləşib

Sudan əhalisinin yarısından çoxu hazırda kəskin aclıqla üz-üzədir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi məlumat yayıb.

Qeyd edib ki, Sudanda əhalinin yarıdan çoxu, yəni 26 milyon insan kəskin aclıqla, o cümlədən 755 min insan fəlakətli vəziyyətlə üzləşir. Sudanda aclıqla bağlı ölüm halları qeydə alınır və yaxın aylarda ölkədə 14 bölgə üçün “aclıq təhlükəsi” elan edilib.

Həmçinin bildirilib ki, Ümumdünya Ərzaq Proqramı ölkədə daha çox insanın həyatını xilas etmək üçün yardımın həcmini artırmaq və Sudanda milyonlarla insana təcili kömək göstərmək üçün innovativ və effektiv yollar müəyyən etməklə fövqəladə vəziyyətə cavab tədbirlərini genişləndirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş