"Hərbi sistemdən kənarda silahlı qüvvələr olmayacaq"
Sudan ordusu Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) ilə danışıqlardan imtina edib. AYNA xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
"Hərbi sistemdən kənarda silahlı qüvvələr olmayacaq", deyən ordu atəşkəsin bitməsinə bir neçə saat qalmış xüsusi təyinatlıların tam təslim olmasını tələb edib.
Bundan əvvəl Sudan ordusu xüsusi təyinatlılara qarşı hərbi əməliyyatların genişləndirildiyini açıqlamışdı. Vəziyyətin gərginləşməsinə baxmayaraq, BMT münaqişəni həll etməyə çalışıb.
Qeyd edək ki, aprelin 15-də Sudanda nizami ordu ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar baş verib. Gərginlik davam etməkdədir.