Stoltenberq İrəvana gedib

Dünya

19.03.2024 - 15:47

NATO-nun Baş katibi Ermənistana səfər edib

NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistana səfər edib.

AYNA “Armenpress”ə istinadən bildirir ki, NATO Baş katibini İrəvanın hava limanında Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan və xarici işlər nazirinin müavini Vaan Kostanyan qarşılayıblar.

NATO-nun Baş katibi İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla görüşlər keçirəcək.

Müəllif: Ayna.az