Stoltenberq ABŞ konqresmenlərinin Ukrayna ilə bağlı qərarını müsbət qiymətləndirib

Dünya

21.04.2024 - 04:35

NATO rəsmisi: "Yeni böyük yardım paketinin təsdiqlənməsini alqışlayıram"

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya təxminən 61 milyard dollar ayrılması barədə qanun layihəsinin qəbulunu müsbət qiymətləndirib.

AYNA xəbər verir ki, NATO rəsmisi bu barədə “X” sosial şəbəkəsində yazıb.

“ABŞ Nümayəndələr Palatasının Ukraynaya yeni böyük yardım paketini təsdiq etməsini alqışlayıram”, - Stoltenberq qeyd edib.

Müəllif: Ayna.az