YAP liderdir
Sosioloji Tədqiqatlar Mərkəzi (STM) sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi ilə bağlı keçirdiyi ekzitpolun nəticələrini açıqlayıb.
AYNA-nın məlumatına görə, Mərkəzin direktoru Natalya İsayeva bildirib ki, 146 min 520 nəfər seçici ekzitpola cəlb edilib: "Nəticələr göstərir ki, YAP qələbə qazanıb".
Qeyd edilib ki, ekzitpol təsadüfi üsulla seçilmiş 75 dairədə, 750 seçki məntəqəsində keçirilib. Hər dairədə 1 800-dən çox seçici olmaqla, ümumilikdə ekzitpola 136 520 nəfər seçici cəlb edilib. Bütün dairələrdə statistik səhv +/- 2.3% təşkil edir.
Ekzitpolun nəticələri göstərir ki, Yeni Azərbaycan Partiyası inamlı qələbə qazandı, onun namizədləri 45 dairədə ən çox səs topladılar, yəni, ekzitpol keçirilən dairələrin 60 faizində", - məlumatda bildirilib.