Spiker: "Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər tikilir"

Xəbərlər

17.05.2022 - 16:57

Sahibə Qafarova: "Ermənistan anlamalıdır ki, öz öhdəsinə götürdüyü məsələləri yerinə yetirməlidir"

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması ilə azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri başlayıb.

AYNA xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.

Spiker bildirib ki, işğal dövründə Ermənistan Azərbaycanın kənd və qəsəbələrini dağıdıb, abidələri məhv edib: “Azərbaycan ötən dövrdə öz hesabına həmin əraziləri bərpa edir. Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər inşa edilir. Bizim əsas niyyətimiz regionda sülhün təmin edilməsidir. Ermənistan anlamalıdır ki, öz öhdəsinə götürdüyü məsələləri yerinə yetirməlidir".

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə