Zavod ərazisində müqavimət göstərən 2400-dən çox ukraynalı hərbçi silahı ataraq təslim olub
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Azovstal”dakı əməliyyatın başa çatması və Mariupolun Ukrayna qoşunlarından təmizlənməsi barədə Prezident Vladimir Putinə məruzə edib.
AYNA TASS-a istinadən bildirir ki, Ukraynanın “Azovstal” zavodunun ərazisi tam təmizlənib.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, zavod ərazisində müqavimət göstərən 2400-dən çox ukraynalı hərbçi silahı ataraq təslim olub.