Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb
Noyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
AYNA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Qeyd olunub ki, vətəndaşlar ödənişləri müvafiq olaraq bank kartlarından əldə edə bilərlər.