Son sutkada COVID-19 əleyhinə vaksin vurulmayıb

Cəmiyyət

31.10.2022 - 22:46

Koronavirus əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 911 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 999, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 404, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 616, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 018 nəfər təşkil edir.

Müəllif: Ayna.az