Keçməyən susuzluq diabetdən əlavə digər xəstəliklərin də simptomu ola bilər
İnsan çoxlu su içir, lakin susuzluq azalmır. Bu, əsasən diabet xəstəliyinin simptomu kimi qiymətləndirilir.
Lakin keçməyən susuzluq diabetdən əlavə digər xəstəliklərin də simptomu ola bilər. AYNA saglamolun.az-a istinadən həmin xəstəlikləri diqqətə çatdırır:
Böyrəklə bağlı olan problemlər - Əgər insan çoxlu su içir və az sidiyə gedirsə, insanda ödemlər varsa, bu, böyrək çatışmazlığına işarə edə bilər.
Paraqalxanvari vəzilərinin fəaliyyətinin pozulması - Bu kiçik vəzlər orqanizmdə kalsiumun səviyyəsini tənzimləyir. Bu vəzilərin fəaliyyətində pozulmalar əmələ gəldikdə keçməyən susuzluq, ümumi yorğunluq, yaddaşsızlıq, əzələ zəifliyi, sümüklərdə ağrılar kimi simptomlar meydana çıxır.
Orqanizmin intoksikasiyası - İntoksikasiya zamanı orqanizm toksinləri tez yuyub aparmağa çalışır ki, nəticədə insanda susuzluq inkişaf edir.
Beyin travmaları - Əgər siz yıxılmısınız və ya baş nahiyəsindən hər hansı travma almısınızsa, keçməyən susuzluq ağır pozulma olan beyin ödeminə işarə edə bilər.
Bəzi dərmanların qəbulu - Bəlğəmgətirici, sidikqovucu, allergiya əleyhinə preparatlar, bəzi antibiotiklər və təzyiqi salan dərmanların qəbulu susuzluğa səbəb ola bilər.