Əhalimizin sayı noyabr ayının 1-i vəziyyətinə 10053145 nəfərə çatıb
Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq, 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10053145 nəfərə çatıb. Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Həmin məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.