Sevil Nuriyeva mərhum həyat yoldaşından yazdı: <font color=red> “Səninlə və əbədi...”</font>

Cəmiyyət

19.09.2019 - 14:55

"Görüşənədək Allaha əmanətimsən...”

 

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətlindən bir il keçir.

 

E.İsmayılovun həyat yoldaşı tanınmış tele-jurnalist Sevil Nuriyeva onu bu sözlərlə xatırlayıb: “Səninlə və əbədi... Alnıma yazılan yazı günüm, imtahan günüm. Şərəfim, qürurum, fəxrim, hicrana səbrim, vüsala ümidim əbədidir. İgidim, qəhrəmanım. Görüşənədək Allaha əmanətimsən...”

Aydın Muradov adlı şəxsin şəkli.

Xatırladaq ki, Etimad İsmayılov ötən ilin 19 sentyabr tarixində yaşadığı və çalışdığı İstanbul şəhərində yerləşən ofisində öldürülüb. O, iş ortağı Gözəl Dəmirov tərəfindən güllələnib.

 

Onu da qeyd edək ki, E.İsmayılovla Sevil Nuriyeva 2011-ci ildə ailə həyatı qurmuşdular. Bu izdivacdan onların İlyas adlı bir övladları dünyaya gəlib.

Müəllif: Ayna.az