Sabaha gözlənilən hava proqnozu açıqlandı

Cəmiyyət

13.10.2019 - 14:51

Gecə və səhər bəzi yerlərdə duman olacaq

 

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AYNA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 15-18° isti, gündüz  23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti təşkil edəcək.

 

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.  

 

Oktyabrın 14-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 12-17° isti, gündüz  25-30° isti,  dağlarda gecə 5-10° isti, gündüz  15-20° isti təşkil edəcək.

 

Müəllif: Ayna.az