Onlar İngiltərədə, tibb üzrə təhsil almasına icazə verlən ilk zərif cins nümayəndələri olublar
İngiltərənin Edinburq universitetində tibb üzrə oxumuş 7 qadın tələbəyə ölümlərindən sonra universiteti bitirmələri haqda sənəd yazılıb.
AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, "Edinburq yeddiliyi" kimi tanınan bu qadınlar İngiltərə tarixində tibb üzrə təhsil almasına icazə verlən ilk zərif cins nümayəndələri olublar. Lakin, 1869-cu ildə tibb üzrə təhsilə başladıqdan sonra kişi tələbələr tərəfindən ayrı seçkilik və təhqirlərə məruz qaldıqlarından universiteti bitirə bilməyiblər.
Söz-söhbətlərə son qoymaq məqsədilə ali məktəb rəhbərliyi qadınları universitetdən xaric edib. 150 il sonra universitet səhvini düzəldərək onları rəmzi diplomla təltif edib.
Qeyd edək ki, İngiltərədə qadınların tibb üzrə kişilərlə bir yerdə universitetdə oxumaları 1877-ci ildə qadın hüquqlarının müdafiəçilərinin tələblərilə bərpa edilib.