Azərbaycanda vurulan peyvəndlərin sayı 14 milyona yaxınlaşır
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə peyvənd vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildirilib ki, vurulan peyvəndlərin ümumi sayı 13914000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5390668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4872032, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3388040, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263260 nəfər təşkil edir.