Son sutkada 3 nəfər koronavirusa yoluxub

Cəmiyyət

09.06.2023 - 20:58

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 4 nəfər sağalıb. Vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 876 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 576 nəfər müalicə olunaraq sağalıb, hazırda 20 aktiv xəstə var. Bu günə qədər 10 280 nəfər vəfat edib.

Müəllif: Ayna.az