“Polisə səlahiyyət verilməlidir ki, şübhələndiyi şəxsi saxlayıb üstünü yoxlasın”

Cəmiyyət

30.09.2019 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Aqil Abbas: “Tiyəsi 4 santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”

 

“Ölkədə tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirmək qadağandır. Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox”.

 

AYNA xəbər verir ki, deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında belə təklif irəli sürüb. “Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir”, - deyə o bildirib.

 

A.Abbas hesab edir ki, belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq: “Tiyəsi 4 santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”.

Müəllif: Ayna.az