ANAMA icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AYNA-ya bildirilib ki, yanvarın 10-dan 15-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 14 piyada əleyhinə mina, 1 tank əleyhinə mina və 112 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 51.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.