Son COVID statistikası

Cəmiyyət

28.02.2023 - 10:41

Azərbaycanda daha 3 nəfər virusa yoluxub

Ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma statistikası açıqlanıb. AYNA Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, fevralın 27-si tarixinə əsasən, ölkədə koronavirusa 3 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 515 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 245 nəfər müalicə olunaraq sağalıb, 10 118 nəfər vəfat edib, aktiv xəstə sayı 152 nəfərdir. Ölkədə son sutka ərzində 562, hazırkı dövrədək isə 7 522 740 test aparılıb.

Müəllif: Ayna.az