Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək - RƏSMİ

Xəbərlər

28.10.2022 - 16:56

cedabet dərman SEO Xidməti

Putinin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə ayrıca görüşü də planlaşdırılır

Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidmətinin məlumatında qeyd edilib.

“Görüşdə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazdakı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, görüşdə həmçinin ticarət, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə ediləcək.

“Vladimir Putinin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə ayrıca görüşü də planlaşdırılır”, - əlavə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş