Robert Fitsonun səhhəti yaxşılaşır: vəziyyəti stabildir
Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti yaxşılaşır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Baş naziri müalicə edən həkimlər bildiriblər.
“Bugünkü konsultasiyadan sonra xəstənin vəziyyəti stabildir. Kliniki cəhətdən yaxşılaşır, ünsiyyət qurur”, - Slovakiya hökuməti başçısının sui-qəsd cəhdindən sonra qaldığı Banska Bıstrisa xəstəxanasından bildirilib.
Qeyd edək ki, mayın 15-də Qandlova şəhərində hökumətin iclasının keçirildiyi yerdə baş verən atışma nəticəsində Baş nazir Fitso yaralanıb. Baş n azirə bir neçə dəfə atəş açıb, bundan sonra siyasətçi xəstəxanaya yerləşdirilib.
Mayın 18-də Pezinok şəhərinin Xüsusi Cinayət Məhkəməsi Fitsoya hücum edən yazıçı Juraj Tsintulanı həbsxanaya göndərib. O, qisas əsasında birinci dərəcəli adam öldürməyə cəhddə ittiham olunur.