Eduard Heger Prezident Zuzana Çaputova müraciət ünvanlayıb
Slovakiyanın Baş naziri Eduard Heger ölkə Prezidenti Zuzana Çaputovadan onu hökumət başçısı vəzifəsindən azad etməklə bağlı müraciət ünvanlayıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Məlumata görə, müvəqqəti hökumətə rəhbərlik edən Heger nazirlərin istefası ilə bağlı belə bir qərar qəbul edib.
Bundan əvvəl onun kabinetinin bir neçə naziri, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbəri də müvafiq müraciət göndərib.
Bildirilib ki, artıq Prezidentinin yeni Baş nazir təyin etmək hüququ mövcuddur.