Siyəzəndə beş nəfər balıqdan zəhərlənib

Xəbərlər

10.07.2022 - 01:19

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkmişlərdən biri xəstəxanada dünyasını dəyişib

Siyəzəndə 5 nəfər zəhərlənib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Digər şəxslərə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar aparılır

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş