Siyasi partiyaların qeydiyyatı üçün şərtlər yüngülləşdirilir

Siyasət

21.11.2022 - 11:40

Dövlət qeydiyyatına alınması üçün 10 min deyil, 5 min üzv tələb olunacaq

Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 10 min üzv tələbinə dair təklif uyğun görülməyib və nəzərdə tutulan say həddi azaldılır.

AYNA xəbər verir ki, bu məqam "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni redaksiyasında əksni tapıb.

Layihəyə əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün azı 5000 üzvü olmalıdır. Layihənin ilkin versiyasında bu tələb 10 min idi.

Müəllif: Ayna.az