“Nəzarətimizi və sayıqlığımızı gücləndirməklə yanaşı...”
Şimali Koreya qərb sahilindən bir neçə qanadlı raket buraxıb. AYNA “Yonhap”a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
“Nəzarətimizi və sayıqlığımızı gücləndirməklə yanaşı, ordumuz Şimali Koreyanın təxribatlarının əlavə əlamətlərini izləmək üçün ABŞ-la sıx koordinasiya edir”, - Cənubi Koreya ordusundan bildirilib.
Qeyd edək ki, bu, son bir həftə ərzində dördüncü qanadlı raket buraxılışıdır.