Sertifikasiyaya hazırlaşan müəllimlər üçün vebinar təşkil ediləcək

Xəbərlər

02.12.2021 - 18:12

Vebinar Təhsil İnstitutunun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

İnstitutdan AYNA-ya bildirilib ki, növbəti vebinar dekabrın 3-də “Sadə həndəsi fiqurların xassələri, statistika və ehtimal” mövzusunda keçiriləcək. Spiker qismində 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, “Dərs vaxtı” layihəsinin iştirakçısı, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin və “STEAM Azərbaycan” layihəsinin təlimçisi Xəyalə Rüstəmzadə çıxış edəcək.

Qeyd edək ki, Xəyalə Rüstəmzadə 2018-2019-cu illərdə MİQ imtahanlarında ən yüksək nəticə göstərib. Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün müxtəlif mövzuların və tapşırıqların izah olunmasıdır.

Vebinar İnstitutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Müəllif: Ayna.az