Atəş NATO qüvvələrinin patrulundan bir qədər aralıda açılıb: xəsarət alan olmayıb
Serbiya və qismən tanınan Kosovo Respublikası ilə sərhəddə yerləşən Zubin Potok şəhəri ərazisində naməlum şəxslər atəş açıblar. AYNA xəbər verir ki, bu barədə Kosovoda sabitliyin təmin edilməsinə cavabdeh olan NATO-nun rəhbərlik etdiyi beynəlxalq qüvvələrin açıqlamasında bildirilir.
Atəş Alyansın patrul xidmətinin yaxınlığında açılıb. Hadisə zamanı heç kim xəsarət almayıb.
Serbiyanın “Kurir” nəşri yazıd ki, atəş dünən yerli vaxtla 19:45-də açılıb. Qəzetə danışan şahid heç kimin xəsarət almadığını təsdiqləyib. Eyni zamanda, Serbiyanın “Politico” portalı yazır ki, atəşi Zubin Potok yaxınlığındakı barrikadaları dağıtmağa cəhd edən Albaniya xüsusi təyinatlıları açıb.
Serbiya Prezidenti Aleksandr Vuçiç Baş nazir Ana Brnabiç və hərbi rəhbərlik görüşüb, ondan sonra ölkənin Baş Qərargah rəisi, general Milan Moysiloviç təcili olaraq Serbiya-Kosovo sərhəddində yerləşən Raska şəhərinə yollanıb.