Şəmkirdə “Mercedes” aşıb

Hadisə

05.03.2023 - 22:14

Xəsarət alanlar var

Şəmkir rayon Çinarlı qəsəbəsində “Mercedes” markalı avtomobil aşıb, xəsarət alanlar var.

AYNA-nın “Report”a istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, 1976-cı il təvəllüdlü Ayaz Orucov, 1983-cü il təvəllüdlü Dünyaxanım Orucova və Gültəkin adında gənc qız müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az