Səkkiz yaşlı Mehdi xeyirxah insanlardan dəstək istəyir

Cəmiyyət

12.10.2023 - 13:32

Müalicə üçün 1 500 manat lazımdır

Səkkiz yaşlı Mehdinin dəstəyə ehtiyacı var. AYNA xəbər verir ki, bu barədə onun anası Nərmin Həsənli bildirib.

Ana qeyd edib ki, övladı miopatiya (əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur) və qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir.

“Mənim iki oğlum var, ikisində də anadangəlmə miopatiya xəstəliyi var. Mehdi isə bu xəstəliklə yanaşı qaraciyər sirrozundan əziyyət çəkir. Sizin saytın izləyicilərinin dəstəyi ilə övladlarımın digər xəstəliyi üçün lazım olan masaj alətini ala bilmişik. Hazırda isə Mehdini müalicə etməliyik. İnanın, bunun üçün imkanımız yoxdur. Müalicə üçün 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma yenidən dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 802-84-21

Səkkiz yaşlı Mehdi xeyirxah insanlardan dəstək istəyir Səkkiz yaşlı Mehdi xeyirxah insanlardan dəstək istəyir Səkkiz yaşlı Mehdi xeyirxah insanlardan dəstək istəyir Səkkiz yaşlı Mehdi xeyirxah insanlardan dəstək istəyir Səkkiz yaşlı Mehdi xeyirxah insanlardan dəstək istəyir Səkkiz yaşlı Mehdi xeyirxah insanlardan dəstək istəyir Səkkiz yaşlı Mehdi xeyirxah insanlardan dəstək istəyir
Müəllif: Ayna.az