Min üç yüzə yaxın tələbə ödənişsiz təhsil almaq hüququ qazanıb

Cəmiyyət

30.09.2019 - 13:17

Onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib

 

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

 

Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında, onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

 

Əlavə müsabiqənin nəticələrinə əsasən, 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Müəllif: Ayna.az