“Millət vəkillərinin Primakovla bağlı tədbirlərlə heç bir əlaqələri yoxdur”
Bakıda, 20 Yanvar faciəsinin müəlliflərindən olan Yevgeni Primakovun sərgisinin açılması və Bakı Slavyan Universitetində (BSU) onun 90 illiyinə həsr olunmuş esse müsabiqəsi ilə bağlı cəmiyyətdə narazılıqlar davam edir. 20 Yanvar faciəsinin 20 illiyi ərəfəsində bu hadisənin baş verməsini xəyanət kimi qiymətləndirənlər, hələ də Primakov sevgisinin sahiblərini tapa bilmirlər.
Çoxunu qıcıqlandıran məqamlardan biri budur ki, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan tədbirlərdə millət vəkillərimiz Səməd Seyidov, Sevinc Fətəliyeva və Sahibə Qafarova (BSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru) da iştirak edib. Hər halda geniş yayılan fotolardan belə nəticə hasil olur.
Raminə Eyvazqızı
Pin up casino Pin-up casino giriş