Şəkidə 64 yaşlı qadın itkin düşüb - FOTO

Xəbərlər

21.04.2024 - 14:42

Çimnaz Mikayılova aprelin 19-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib

Şəkidə 64 yaşlı qadın itkin düşüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 1960-cı il təvəllüdlü Çimnaz Vahab qızı Mikayılova aprelin 19-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 156 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qarışıqdır.

“Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024) 244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az