“Danışıqlar bir neçə gün əvvəl Tehranda artıq aparılıb və bu ay Moskvada davam etdiriləcək”
“Rusiya və İran bu ilin sonuna qədər hərtərəfli strateji tərəfdaşlıq haqqında yenilənmiş sazişi bağlaya bilər”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
Onun sözlərinə görə, bu mövzuda danışıqlar bir neçə gün əvvəl Tehranda artıq aparılıb və bu ay Moskvada davam etdiriləcək.
“Ümid edirik ki, bu danışıqlar sonuncu olacaq və sənəd imzalanmaq və yekunlaşmaq üçün göndəriləcək... İnanırıq ki, hətta ilin sonuna qədər hər şey hökumət səviyyəsində həll olacaq”, - diplomat bildirib.
Eyni zamanda, Cəlali xatırladıb ki, bu saziş hələ də iki dövlətin parlamentləri tərəfindən ratifikasiya edilməlidir.