Səfir: "Rusiya lazım bildiyi zaman Ukraynanın Kremlə hücumuna cavab verəcək"

Dünya

04.05.2023 - 14:20

cedabet dərman SEO Xidməti

Antonov: “Cavab Rusiya rəhbərliyi üçün yaradılan təhlükənin qiymətləndirilməsinə uyğun veriləcək”

“Rusiya lazım bildiyi zaman Ukraynanın terror hücumuna, Kremlə dron hücumlarına cavab verəcək”. AYNA xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Rusiya cəsarətli və təkəbbürlü terror hücumuna cavab verəcək. Amma bunu lazım bildiyi zaman edəcək”, - Antonov vurğulayıb.

Diplomat qeyd edib ki, cavab Rusiya rəhbərliyi üçün yaradılan təhlükənin qiymətləndirilməsinə uyğun veriləcək.

Qeyd edək ki, mayın 3-ü gecə saatlarında Kremlə iki PUA ilə hücum olub. Rusiya bunu “Ukraynanın terror hərəkəti” kimi qiymətləndirib.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Prezidenti Vladimir Putinin Kreml iqamətgahına hücum cəhdi ilə bağlı terror aktı faktı maddəsilə cinayət işi açıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş