Səfir: “Rusiya Argentina ilə NATO arasında yaxınlaşmadan məyusdur”

Dünya

14.06.2024 - 14:13

Həkimlər Klinikalar SEO Xidməti

“Buenos-Ayresin Ukraynanın hərbi sponsorları ilə yaxınlaşması faktı bizi dərin məyus edir”

“Argentina ilə Şimali Atlantika Alyansının (NATO) yaxınlaşması Rusiyada məyusluq yaradır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın Cənubi Amerika ölkəsindəki səfiri Dmitri Feoktistov deyib.

“Buenos-Ayresin Ukraynanın hərbi sponsorları ilə yaxınlaşması faktı bizi dərin məyus edir. Biz başa düşürük ki, bu, NATO ilə əməkdaşlığın artmasına uyğundur”, - Feoktistov bildirib.

Diplomat qeyd edib ki, Argentinanın Rammşteyn görüşündə iştirakı ilə bağlı Buenos-Ayresdən heç bir rəsmi şərh yoxdur.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Argentinanın Ukraynanın müdafiəsi üzrə təmas qrupuna qoşulduğunu bildirmişdi. O qeyd edib ki, Birləşmiş Ştatlar Cənubi Amerika ölkəsini qrupa “alqışlamaqdan məmnundur”.

Qeyd edək ki, Argentina Prezidenti Xavyer Miley fikrini dəyişərək, Ukrayna münaqişəsinin həlli ilə bağlı iyunun 15-16-da İsveçrədə keçiriləcək konfransa getmək qərarına gəlib. “Clarín” qəzetinin qeyd etdiyi kimi, dövlət başçısı bu qərarı son anda verib.

Müəllif: Ayna.az