Səfir: “İsrail Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək”

Dünya

16.04.2025 - 17:20

Həkimlər Klinikalar SEO Xidməti

Simona Qalperin: “Rusiyaya qarşı sanksiyaların tətbiqi mexanizmi yoxdur”

“İsrail Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək, çünki ölkədə belə bir mexanizm yoxdur”. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu sözləri İsrail Dövlətinin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Simona Qalperin deyib.

“Mən aydın və birbaşa cavab verəcəm: İsrailin sadəcə olaraq digər dövlətlərə qarşı sanksiyalar tətbiq etmək mexanizmi yoxdur”, diplomat vurğulayıb.

Eyni zamanda, ABŞ-ın əsas müttəfiqlərindən biri olan İsrail hakimiyyəti yaxın gələcəkdə bu yanaşmanın dəyişdirilməsini istisna edib. Əksinə, diplomatın sözlərinə görə, Rusiya və İsrail rəhbərliyi açıq və etimad əsasında dialoq aparır. Əlavə edib ki, ölkələri ümumi tarix, eləcə də insan taleləri birləşdirir.

Qalperin Rusiya-İsrail münasibətlərindəki çətinliklərdən də danışıb. Bildirib ki, ölkələr arasında ziddiyyətlərdən biri də Yaxın Şərq gündəmi olaraq qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş