Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib

Xəbərlər

22.04.2025 - 19:36

Həkimlər Klinikalar SEO Xidməti

Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, 3 aylıq həbs edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib. AYNA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ramin Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir.

Həmin rəis bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma həmin vaxt barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, 3 aylıq həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş