A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Saxta spirtli içkilər aşkarlanıb - Ayna.az

Saxta spirtli içkilər aşkarlanıb

Xəbərlər

30.11.2022 - 16:14

cedabet dərman SEO Xidməti

“Wine House” şərab evində araşdırma aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, saxtalaşdırılmış spirtli içkilərin satışının həyata keçirilməsi ilə bağlı daxil olan müraciət əsasında paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində fiziki şəxs Həmidli Aqşin Ceyhun oğluna məxsus “Wine House” şərab evində araşdırma aparılıb.

Yoxlama zamanı ticarət obyektinin vitrinində 2 ədəd 1l-lik “Absolut Vodka”, 2 ədəd 0,7 ml-lik “Neft Vodka”, 3 ədəd 0,7 ml-lik “Nemiroff Vodka Delikat”, 1 ədəd 1l-lik “Nemiroff Vodka Delikat”, 2 ədəd 0,7 ml-lik “Nemiroff Vodka Original”, 2 ədəd 1l-lik “Nemiroff Vodka Original”, 1 ədəd 0,5 ml-lik “Nemiroff Vodka Original” və 1 ədəd 1l-lik “Nemiroff Vodka Wheat” əmtəə nişanlı saxta araq məhsulları aşkar olunub.

Faktla əlaqədar həmin məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş