Saxta diplomlar aşkarlanıb

Xəbərlər

02.12.2024 - 22:28

Həkimlər Klinikalar SEO Xidməti

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olunub

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. AYNA xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Qeyd olunub ki, qaydaların 4-cü hissəsinə əsasən tanınma üçün təqdim olunan xarici ali təhsil sənədinin autentik (həqiqi) olması tanınmaya dair başlıca tələblərdəndir.

"Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanıb və həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub", - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş