Müxalifətçilər Rusiyanın hakim partiyasının təşkil etdiyi konfransda iştirak edirlər
Ermənistanın sabiq Prezidenti Serj Sarkisyanın rəhbəri olduğu, indi müxalifətdəki Respublika Partiyasının Moskvaya gedən nümayəndə heyəti Naməlum əsgər abidəsi önünə əklil qoyub. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə Sarkisyanın adamlarından sayılan keçmiş vitse-spiker Eduard Şarmazanov məlumat yayıb.
Bildirilib ki, keçmiş hakim partiyanın nümayəndələri Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının təşkil etdiyi konfransda iştirak edirlər. Nümayəndə heyətinə Şarmazanov, deputat Tiqran Abramyan və Respublika Partiyası Şurasının üzvü Hayk Derzyan daxildir.
Konfrans Böyük Vətən müharibəsində Qələbəsinin 80 illiyinə həsr olunub.