Piyada hadisə yerində dünyasını dəyişib
Samuxda piyadanın ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011"markalı minik maşını yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Mübariz Məmmədovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır