Şamaxıdakı yanğın tam söndürülüb

Hadisə

18.08.2023 - 11:09

Həkimlər Klinikalar SEO Xidməti

7 hektara yaxın ərazidə quru ot və kol-kos yanıb

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb.

AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ümumilikdə 7 hektara yaxın ərazidə quru ot və kol-kos yanıb.

Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş