Hadisə Arbatan kəndində baş verib
Avqustun 16-da saat 15 radələrində Salyan rayonu Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1993-cü təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.