Təmir-bərpa işləri noyabrın 2-də günün sonuna qədər başa çatdırılacaq
Salyan şəhərini içməli su ilə təmin edən kəmərdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar şəhərə içməli suyun verilməsi dayandırılıb.
Bu barədə AYNA-ya “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, noyabrın 2-də günün sonuna qədər təmir-bərpa işləri başa çatdırılacaq və suyun verilməsi bərpa olunacaq.