Yaponiyaya məxsus Bonin adalarının sahilində 5,8 maqnitudalı zəlzələ olub.
AYNA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Xidmətin verilənlərinə görə, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 02:55-də qeydə alınmış zəlzələnin episentri Hahajima adasından 151 km cənub-şərqdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, daha əvvəl Yeni Zelandiyanın paytaxtı Vellinqtonun yaxınlığında 4,9 maqnitudalı zəlzələ baş vermişdi.