Şahin Mustafayev Rusiya səfirliyində olub

Xəbərlər

27.03.2024 - 14:53

Baş nazirin müavini Moskvadakı terror aktı ilə əlaqədar başsağlığı verib

Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub. AYNA xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Şahin Mustafayev “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı matəm kitabına ürək sözlərini yazıb.

Baş nazirin müavini həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Müəllif: Ayna.az