Milli Məclis sədri V Budapeşt Demoqrafik Zirvə görüşündə iştirak edəcək
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 13-də Budapeşt şəhərinə işgüzar səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, səfər çərçivəsində Sahibə Qafarova V Budapeşt Demoqrafik Zirvə görüşündə iştirak edəcək.
Görüşdə parlament sədrinin çıxışı nəzərdə tutulub.