Şahbaz Şərif Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Xəbərlər

15.06.2023 - 11:13

cedabet dərman SEO Xidməti

Pakistanın Baş naziri ümummilli liderin və şəhidlərin xatirəsini yad edib

Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri Xiyabanı ziyarət edib.

AYNA xəbər verir ki, Məhəmməd Şahbaz Şərif xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Məhəmməd Şahbaz Şərif iyunun 15-də Şəhidlər Xiyabanını da ziyarət edib. Baş nazir “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Pakistanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş