Məqalələr münsiflər tərəfindən qiymətləndirilir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi çərçivəsində "Şagirdlərin Elektron Elm Jurnalı"nın saytı hazırdır.
AYNA xəbər verir ki, bu jurnal vasitəsi ilə şagirdlər öz tədqiqat məqalələrini və ya tərcümə etdikləri elmi məqalələri öz yaşıdları ilə bölüşə bilirlər.
Elmi məqalə göndərmək istəyən şagirdlər üçün qaydalar aşağıdakı kimidir:
1. Sayta daxil olun və qeydiyyatdan keçin.
2. Elektron poçt adresinə avtomatik şəkildə gedən e-məktubu adresinizə daxil olaraq təsdiq edin.
3. Məqalə göndər düyməsinə basın.
4. Müvafiq bölmələrə məqalənin adını, açar sözlərini və əsas mətnini yerləşdirin.
5. Slug hissəsini boş buraxın və müvafiq pəncərələrdən istəsəniz məqaləyə şəkillər, videolar əlavə edə bilərsiniz.
6. Sonda göndər düyməsinə basın.
Məqalələr münsiflər heyətinin rəyin əsasında saytda və sayta yerləşdiriləcək e-jurnalda görünəcək.
Elmi məqalə yazmaqla bağlı biliklərin artırılması üçün "Şagirdlərin Elektron Elm Jurnalı" "Youtube" kanalındakı videoları izləyə bilərsiniz: